İsrail ordusu “Hizbullah”ın 1000 dən çox hədəfini məhv etdiyini açıqlayıb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail ordusu Livanın cənubunda “Hizbullah” tərəfindən istifadə edilən 1000-dən çox obyekt və binanın məhv edildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
“Cənubi Livanda 91-ci Diviziyanın komandanlığı altında olan İsrail Müdafiə Qüvvələri qoşunları “Hizbullah”ın İsrail Müdafiə Qüvvələrinə hücumları həyata keçirmək üçün istifadə etdiyi 1000-dən çox terrorçu infrastruktur obyektini, o cümlədən bomba ilə tələyə salınmış binaları və silahların saxlanıldığı anbarları məhv edib”, - məlumatda qeyd edilib.
Hərbçilər bu qədər sayda obyektin hansı dövrdə məhv edildiyini açıqlamayıb.
Həmçinin, hərbçilər tərəfindən yüzlərlə silahın, o cümlədən avtomat və pulemyotların, qumbara və minaların, eləcə də tank əleyhinə raket və müxtəlif sursatların aşkar edildiyi bildirilir.
Qeyd edək ki, rəsmi olaraq, Livan və İsrail arasında atəşkəs qüvvədədir, lakin İsrailin hava hücumları və artilleriyası Livan ərazisini hər gün bombalamaqda davam edir. “Hizbullah” sərhəd zonasında İsrail qoşunlarına hücumlarla cavab verir.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Hizbullah ın komandirlərindən birini məhv etdiyini açıqlayıb
26 İyul 2025 20:12
İsrail Livanın cənubunda Hizbullah ın 120 hədəfini məhv edib
02 May 2026 23:38
İsrail ordusu bir həftədə “Hizbullah”ın 650 dən çox obyektini vurduğunu açıqlayıb
06 İyun 2026 00:44
İsrail ordusu “Hizbullah“ın 65 hədəfini vurub, 20 silahlı ölüb
14 May 2026 23:49
İsrail Hizbullah ın 15 dən çox obyektini vurub
07 May 2026 11:54
Baxış sayı:121
Bu xəbər 28 Aprel 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















