İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başlayıb
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (İMQ) İordan çayının qərb sahilinin şimalındakı Tulkərim şəhərində antiterror əməliyyatına başladığını elan edib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Bir müddət əvvəl Yəhudeya və Samariyada (İsrail İordan çayının qərb sahilini belə adlandırır – red.) terrorla mübarizə tədbirləri çərçivəsində İMQ və İsrail Sərhəd Polisi Qüvvələri Tulkərimdə antiterror əməliyyatına başlayıblar”, - məlumatda deyilir.
İsrail ordusu həmçinin Fələstinin radikal HƏMAS hərəkatının Tulkərmdəki səhra komandiri Əhəd Əbu Ativinin hava zərbəsi nəticəsində məhv edildiyini açıqlayıb.
“Onun məhv edilməsi İsrail ordusunun Samariyanın şimalında terror şəbəkələrinə qarşı həyata keçirdiyi intensiv antiterror əməliyyatlarının bir hissəsidir”, - məlumatda deyilir.
Qurumdan qeyd edilib ki, Əbu Ativi ilə yanaşı daha bir silahlı radikal öldürülüb.
Xatırladaq ki, yanvarın 21-də İsrail ordusunun mətbuat xidməti İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatına başladığını bildirmişdi. Əməliyyata “Dəmir divar” adı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 27 Yanvar 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















