İsrail ordusu Livanda Hizbullah obyektlərinə zərbələr endirib
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail ordusu Livanın cənubunda Hizbullahın istifadə etdiyi yeraltı infrastruktura və silah anbarına avizərbələr endirib.
APA İsrail ordusuna istinadən xəbər verir ki, sözügedən obyektlər mülki yaşayış məntəqələrinə yaxın ərazidə yerləşir və mülki şəxsləri canlı qalxan kimi istifadə etmək məqsədi güdür.
“Terrorçu Hizbullah təşkilatı Livan ərazisi boyu öz terror infrastrukturunu yenidən qurmağa çalışır. Bu terror obyektlərinin və Hizbullahın fəaliyyətinin mövcudluğu İsrail və Livan arasında əldə olunan razılaşmaların pozulması deməkdir. İsrail ordusu istənilən təhdidi aradan qaldırmağa və İsrail dövlətini qorumağa davam edəcək”, - İsrail ordusunun bəyanatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















