İsrail ordusu Qəzzada əməliyyatları davam etdirəcək
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail ordusu Qəzzada “proaktiv şəkildə fəaliyyət göstərməyə” davam edəcək.
Yeniavaz.com “Euronews”a istinadla xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb.
“Biz Qəzza zolağında HƏMAS-a ağır zərbə vurduq, onları əhəmiyyətli dərəcədə zəiflətdik və təhlükəsizlik vəziyyətini dəyişdirdik”, - deyə o bildirib.
E. Zamir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) təhdidləri aradan qaldırmaq, icmaları və onların sakinlərini hər cür şəraitdə qorumaq və təhlükəsizliklərini təmin etmək prinsipinə uyğun olaraq proaktiv şəkildə hərəkət etməyə davam edəcək.
Qeyd edək ki, Zamir açıqlamanı İsrailin Baş naziri Benyamin Netanyahunun İsrailin ABŞ tərəfindən dəstəklənən Qəzza planını rədd etdiyini elan etməsindən sonra verib.
Xatırladaq ki, İsrail-Qəzza müharibəsi HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi və 1200-dən çox insanın ölümü, həmçinin 251 nəfərin girov götürülərək Qəzzaya aparılması ilə nəticələnən hücumlardan sonra yenidən alovlanıb. Buna cavab olaraq isə, İsrail Qəzzaya müharibə elan edib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində 73 mindən çox fələstinli həyatını itirib.
Bu mövzuda digər xəbərlər:İsrail Qəzzada hərbi əməliyyatları davam etdirəcək Müdafiə naziri
25 Mart 2025 19:22
İsrail Qəzzada əməliyyatları genişləndirdi
06 Sentyabr 2025 12:54
İsrail Qəzzada əməliyyatları bərpa edir
04 Mart 2025 12:06
İsrail Qəzzada əməliyyatları bərpa edə bilər
12 Fevral 2025 01:23
İsrail Qəzzada hərbi əməliyyatları bərpa edib
18 Mart 2025 08:35
Baxış sayı:86
Bu xəbər 06 Avqust 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















