İsrail ordusu Qəzzada HƏMAS ın iki komandirinin öldürüldüyünü açıqlayıb
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında həyata keçirilən hava zərbələri nəticəsində HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, İMQ-nin yaydığı məlumata görə, HƏMAS-ın “Nuhba” xüsusi təyinatlı dəstəsinin bölmə komandiri Salem Camal Əbdürrəhman Əbu Labad şənbə günü Qəzza zolağının cənubunda keçirilən hava hücumu zamanı öldürülüb.
Bundan əlavə, İsrail ordusu HƏMAS-ın Məqazi batalyonunun komandiri Məhəmməd Əbdülnasir Məhəmməd Xətibin də öldürüldüyünü bildirib. Məlumata əsasən, o, cümə günü Qəzza zolağının mərkəzində həyata keçirilən ayrıca hava zərbəsi nəticəsində həlak olub.
Qeyd edək ki, sözügedən hava hücumları 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan və Qəzza zolağında davam edən hərbi əməliyyatlar fonunda həyata keçirilib.
HƏMAS tərəfi isə İsrailin açıqlaması ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Bu mövzuda digər xəbərlər:İsrail Qəzzada HƏMAS ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
06 İyul 2026 21:41
İsrail Qəzzada HAMAS komandirinin öldürüldüyünü açıqlayıb
14 Avqust 2026 01:58
İsrail Qəzzada HAMAS ın bölük komandirinin öldürüldüyünü açıqlayıb
01 İyul 2026 22:29
İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb
26 İyul 2026 00:24
İsrail Qəzzada girovları saxlayan HAMAS komandirinin öldürüldüyünü açıqlayıb
31 Oktyabr 2026 04:18
Baxış sayı:162
Bu xəbər 02 Avqust 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















