İsrail ordusu Qəzzada HƏMAS ın komandirini məhv edib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza şəhərində həyata keçirdiyi hava hücumu ilə HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən birini məhv edib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, SAXAL Qəzza şəhəri ərazisində HƏMAS-ın döyüş qanadının taqım komandiri Amar Mahmud Şarafini zərərsizləşdirib. Bildirilir ki, o, yaratdığı təhlükənin aradan qaldırılması məqsədilə endirilən hava zərbəsi nəticəsində öldürülüb.
Məlumata əsasən, zərərsizləşdirilən komandir son vaxtlar İsrailin mülki vətəndaşlarına və SAXAL hərbçilərinə qarşı hücumlar təşkil edib. Bununla yanaşı, onun HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olduğu və atəşkəs razılaşmasının şərtlərini davamlı şəkildə pozduğu vurğulanıb.
İsrail ordusundan həmçinin bildirilib ki, zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyə biləcək zərərin minimuma endirilməsi üçün lazımi addımlar atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















