İsrail ordusu Qəzzada içində insanların olduğu bir xəstəxananı sökməyə başlayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail ordusu Qəzza zolağının şimalında 60-a yaxın adamı içəridə saxlayaraq İndoneziya xəstəxanasını sökməyə başlayıb.
APA xəbər verir ki, bu barədə mayın 19-da Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail əsgərləri buldozerlərin köməyi ilə xəstəxananın darvazalarını və şimal divarını söküblər.
İçəridə dörd həkim və səkkiz tibb bacısı da daxil olmaqla azı 55 nəfərin qaldığı bildirilir.
Qəzzanın səhiyyə naziri Munir əl-Burş İsrail əsgərlərinin əvvəlcədən xəbərdarlıq etmədən xəstəxananı hədəf aldıqlarını bildirib.
O həmçinin əlavə edib ki, hərbçilər reanimasiya şöbəsini də atəşə tutublar.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Qəzzada daha bir xəstəxananı vurdu
24 Mart 2025 07:10
İsrail ordusu Qəzzada bir xəstəxananı mühasirəyə alıb
29 Sentyabr 2025 05:21
İsrail Qəzzada daha bir xəstəxananı vurdu
28 Dekabr 2024 10:42
İsrail əsgərləri Qəzzada xəstəxananı yandırıblar
28 Dekabr 2024 09:59
İsrail Qəzzada xəstəxananı bombaladı Ölənlər var
27 Dekabr 2024 10:41
Baxış sayı:91
Bu xəbər 19 May 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















