İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqlayıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
İsrail ordusu Qəzza zolağının Xan Yunis bölgəsinə endirdiyi iki ayrı zərbə nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının bölük komandiri Məhəmməd Əbu Şalufu və HAMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı dəstəsinin üzvü Musa Atef Əbu Danı öldürdüyünü açıqlayıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Məhəmməd Əbu Şaluf 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olub. Ordunun iddiasına əsasən, hər iki şəxs son vaxtlar İsrail hərbçilərinə hücumlar edib və silahlı qruplaşmaların döyüş qabiliyyətini bərpa etməyə çalışıb.
İsrail tərəfi bunu atəşkəs razılaşmasının sistematik şəkildə pozulması kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad”ın 4 üzvünü öldürdüyünü açıqlayıb
26 Oktyabr 2026 23:08
İsrail Qəzzada İslami Cihad radikallarına hücum etdiyini açıqlayıb
12 Avqust 2025 15:24
İsrail Qəzzada HAMAS ın iki komandirini öldürdüyünü açıqlayıb
11 Sentyabr 2026 21:18
“İslami Cihad”ın raket komandiri Qəzzada öldürüldü
31 Dekabr 2024 17:58
İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb
03 Oktyabr 2026 21:27
Baxış sayı:139
Bu xəbər 10 Oktyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















