İsrail ordusu Qəzzada tələləri zirehli texnika ilə partladıb
Icma.az bildirir, Gununsesi portalına istinadən.
İsrail ordusu fələstinli müqavimət qruplarının Qəzza zolağında qurduqları tələləri və partlayıcıları bölgəyə daxil olmamışdan əvvəl işə salmaq üçün uzaqdan idarə olunan partlayıcı yüklü personal daşıyıcılarından istifadə edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yediot Ahronot qəzetindəki xəbərə görə, dünən İsrailin müxtəlif yerlərində başda Təl-Əviv olmaq üzrə eşidilən güclü partlayışlar Qəzzadan gəldi.
İsrail ordusu fələstinli qrupların qurduğu tələləri partlatmaq üçün Qəzza zolağında tonlarla partlayıcı ilə doldurulmuş köhnə uzaqdan idarə olunan zirehli transportyorlardan istifadə edib.
Bildirilib ki, ordu Qəzzada partlayıcı yüklü əraziləri məhv etmək üçün partlayıcı ilə doldurulmuş uzaqdan idarə olunan M113 zirehli transportyorlarından istifadə edib.
Qeyd edilib ki, İsrail ordusu daha əvvəl Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı bu üsuldan istifadə edib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Dekabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















