İsrail ordusu Qəzzanın şimalında 1,2 km uzunluğunda tuneli məhv etdi
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağının şimalında HƏMAS hərəkatına məxsus 1,2 km uzunluğunda tuneli partladıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Əsgərlər Qəzza zolağının şimal hissəsində aşkar edilmiş böyük yeraltı tuneli məhv ediblər. Onun uzunluğu 1,2 km və dərinliyi 20 m idi. Əməliyyat zamanı İDF-nin pilotsuz uçan aparatı bir neçə terrorçunu qoşunların yaxınlığında partlayıcı qurğu yerləşdirdiyini görüb, onlara dəqiq zərbə endirib və onları məhv edib”, - mətbuat xidməti bildirib.
Qeyd edilib ki, bundan əlavə, tunelin yaxınlığında əsgərlər təxminən 20 partlayıcı qurğunun anbarının saxlandığı silah anbarını, həmçinin tank əleyhinə idarə olunan raketləri aşkar ediblər.
Bu mövzuda digər xəbərlər:İsrail Qəzzanın şimalında yerüstü əməliyyata başladı
20 Mart 2025 17:11
İsrail ordusu Qəzzanın şimalında 11 HƏMAS yaraqlısını öldürüb
14 Sentyabr 2025 19:43
İsrail ordusu Qəzzanın şimalında əməliyyat keçirdi Onlarla silahlı məhv edildi
17 May 2025 19:14
Haaretz: İsrail Qəzzanın şimalında etnik təmizləmə siyasəti yürüdür
31 Dekabr 2024 18:38
İsrail Qəzzanın şimalında məktəbi bombalayıb, 10 nəfər ölüb
23 Aprel 2025 19:04
Baxış sayı:130
Bu xəbər 13 Aprel 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















