İsrail ordusu son 24 saat ərzində Livana 121 hava zərbəsi ENDİRİB
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İsrail ordusunun son 24 saat ərzində ölkənin müxtəlif bölgələrinə 121 hava hücumu təşkil etdiyi və bu hücumların əksəriyyətinin Baalbek əl-Hirmil və Nəbatiyə əyalətlərini hədəf aldığı qeyd edilib.
Redaktor.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA İsrailin hücumları və ölkədəki vəziyyətlə bağlı Livanın Ətraf Mühit Nazirliyinin hesabatını dərc edib.
Bildirilib ki, İsrailin 2023-cü il oktyabrın 8-dən etibarən Livana endirdiyi hava hücumlarının sayı 12 min 323-ə yüksəlib.
Hesabatda həmçinin qeyd olunub ki, İsrailin davam edən bombardmanları nəticəsində köçkün vəziyyətinə düşmüş mülki şəxsləri yerləşdirmək üçün açılan sığınacaq mərkəzlərinin sayı 1145-dir.
Bu mərkəzlərdə məskunlaşan livanlıların sayının 190 min 740-a çatdığı və İsrailin bombardmanları səbəbindən köç dalğasının davam etdiyi bildirilib. bildirilib.
Seymur BƏNNAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Noyabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















