Icma.az
close
up
RU
İsrail ordusu Yom Kippur müharibəsindən sonra ilk dəfə Suriyaya daxil olub

İsrail ordusu Yom Kippur müharibəsindən sonra ilk dəfə Suriyaya daxil olub

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Benyamin Netanyahu: “Biz ilk növbədə sərhədimizi qorumaq üçün hərəkət edirik”

1973-cü ildə Yom Kippur müharibəsindən və 1974-cü ildə atəşkəsdən sonra ilk dəfə İsrail quru qüvvələri demilitarizasiya zonasından Suriyaya keçib. AYNA xəbər verir ki, bu barədə iki İsrail rəsmisi “The New York Times”a bildirib.

Onlar İsrail ordusunun Hermon dağında strateji mövqelər tutduğunu, eləcə də “bölgəyə nəzarəti sabitləşdirmək üçün vacib hesab edilən bir sıra digər obyektləri” ələ keçirdiyini bildiriblər.

Bu, Bəşər Əsəd rejimini devirmiş silahlı müxalifətin Qolan təpələri yaxınlığındakı hərbi obyektlərə nəzarəti ələ keçirməsinin və daha sonra İsrailə qarşı istifadəsinin qarşısını almaq üçün edilib.

“Axios” isə yazır ki, İsrail bufer zonada nəzarət yaratmaq planları barədə ABŞ-ı xəbərdar edib və əmin edib ki, bu, sərhəddə təhlükəsizlik vəziyyəti sabitləşənə qədər bir neçə gündən bir neçə həftəyə qədər davam edəcək müvəqqəti tədbirdir. Qəzetin iki mənbəsinin bildirdiyinə görə, Təl-Əviv son günlər Suriya hökumət əleyhinə qüvvələrinə İsrail ordusunun sərhədə yaxınlaşacağı təqdirdə hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq göndərib.

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail əsgərlərinin hərəkətlərini bununla izah edib ki, bufer zonanı təsis edən 1974-cü il müqaviləsi “qüvvədən düşüb” və Suriya ordusu öz mövqelərini tərk edib.

"Biz ilk növbədə sərhədimizi qorumaq üçün hərəkət edirik", - deyə Netanyahu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri