İsrail ordusunun Baş Qərargah rəisi HƏMAS ilə girovlar barədə razılaşmanı dəstəkləyib
Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir HƏMAS ilə İsrail girovlarının azad edilməsinə dair razılaşmanın bağlanmasını dəstəklədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.
E.Zamir hesab edir ki, Qəzza zolağında hərbi əməliyyatın davam etdirilməsi İsrail girovlarının həyatını təhlükə altına atır.
“İsrailin Baş naziri Benyamin Netanyahu isə öz növbəsində HƏMAS-ın anklavda hakimiyyətdən uzaqlaşdırılması və radikalların tam tərk-silah edilməsi zəruriliyində israr edir”, - nəşr vurğulayıb.

İsrail Ordusunun Baş Qərargah rəisi ABŞ yə gedəcək
16 Fevral 2025 15:39
İsrail Baş Qərargah rəisi HƏMAS la sülhdən DANIŞDI KONKRET
07 İyul 2025 14:53
İsrail ordusunun baş qərargah rəisi Suriyanı dördüncü cəbhə adlandırıb
09 Dekabr 2024 08:13
İstefada olan general İsrail ordusunun Baş qərargah rəisi təyin ediləcək
02 Fevral 2025 00:52

