İsrail ordusunun Livanın şərqinə endirdiyi PUA hücumlarında 6 nəfər ölüb
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
İsrail ordusunun Livanın şərqindəki Baalbek şəhərinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Səhiyyə Nazirliyi hücumlarla bağlı yazılı açıqlama yayıb.
İsrail ordusu Baalbekin Kəfərdan və Zahle qəsəbələrinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar həyata keçirib.
Bir nəfər Kəfərdandakı evinin qarşısında pilotsuz təyyarə ilə hədəfə alınıb və dərhal ölüb.
İsrail həmçinin Zahledə bir avtomobili dronla hədəfə alıb. Hücum nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
İsrail hücumlarla bağlı açıqlama verməyib.
İsrail ordusunun Livanın cənubundakı Deyr Seryan qəsəbəsinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində də bir nəfər ölüb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 07 Avqust 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















