İsrail Prezidenti Azərbaycana səfərini təxirə saldı
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Prezidenti İsaak Hersoq təhlükəsizlik baxımından Azərbaycana səfərini təxirə salıb.
Bununla bağlı İsrail Prezident Aparatı məlumat yayıb.
İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 İqlim Konfransına planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.
Sözügedən səfərin ləğv edilməsinin səbəbi “təhlükəsizliklə bağlı narahatlıqlarla” əlaqələndirilib.

