İsrail Prezidenti Netanyahunu əfv etmədi KORRUPSİYA QALMAQALI
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Prezidenti İshaq Hersoq Baş nazir Benyamin Netanyahunu korrupsiya işi üzrə əfv etməyi hələlik planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, Hersoq əfv qərarı vermək əvəzinə, Netanyahu ilə prokurorluq arasında etiraf razılaşmasının əldə olunmasına çalışmaq niyyətindədir.
İsrail Prezidentinin mövqeyinə əsasən, əvvəlcə tərəflər arasında mümkün razılaşma imkanları tam şəkildə dəyərləndirilməlidir. Yalnız bundan sonra əfv müraciətinə baxılması gündəmə gələ bilər.
Qeyd edək ki, Netanyahu rüşvət, dələduzluq və etimaddan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısındadır. O, ittihamları rədd edir.
Məsələ İsrail daxilində ciddi siyasi mübahisələrə səbəb olub. Netanyahu tərəfdarları əfv qərarının ölkədə daxili gərginliyi azalda biləcəyini iddia edir, müxalifət isə bunun yalnız təqsirin etirafı və siyasi vəzifədən getmə şərti ilə mümkün ola biləcəyini bildirir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Aprel 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















