Icma.az
close
up
RU
İsrail Qətərdə HƏMAS liderlərinə qarşı sui qəsd təşkil etdi Danışıqlara çağrılmışdı

İsrail Qətərdə HƏMAS liderlərinə qarşı sui qəsd təşkil etdi Danışıqlara çağrılmışdı

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ mətbuatının məlumatına görə, İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək vəzifəli üzvlərini hədəfə alaraq sui-qəsd həyata keçirib. Şəhərdə bir neçə partlayış səsinin eşidildiyi bildirilir.

"AzPolitika"  Türkiyə mediasına istinadən  xəbər veir ki, İsrail mediası, ordunun hava hücumu təşkil etdiyini və hücumun əsas hədəfinin HƏMAS rəhbərlərindən Xalid Məşəl olduğunu iddia edib.

İsraildən verilən  açıqlamasında hücumun HƏMAS-ın danışıqlar heyətinə yönəldiyi qeyd olunub.

HƏMAS-dakı bir mənbə "Əl-Cəzirə"yə verdiyi açıqlamada, hücumun ABŞ tərəfindən təklif olunan son atəşkəs planını müzakirə etmək üçün bir araya gələn HƏMAS nümayəndə heyətini hədəf aldığını bildirib.

İsrail mətbuatı, hücuma ABŞ Prezidenti Donald Trampın razılıq verdiyini və HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayyənin hücum zamanı öldürüldüyünü irəli sürüb.

Digər tərəfdən, HƏMAS-a yaxın mənbələr bəzi yüksək səviyyəli rəhbərlərin hücumdan salamat çıxdığını bildiriblər.

Qətər Xarici İşlər Nazirliyi hücumla bağlı verdiyi açıqlamada, "İsrailin Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun bəzi üzvlərinin yaşadığı evləri hədəf alan qorxaq hücumunu ən sərt şəkildə qınayırıq", – deyə bildirib.

Bu hücum, İsrail ordusunun komandanı Eyal Zamirin xaricdə yaşayan HƏMAS liderlərini sui-qəsdlə öldürəcəyi ilə bağlı verdiyi bəyanatdan bir neçə gün sonra və İsrailin xarici işlər naziri Gideon Sa'arın ABŞ-ın Qəzza üzrə atəşkəs təklifini qəbul etdiklərini elan etməsindən bir neçə saat sonra baş verib.

"AzPolitika.info" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Sentyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri