İsrail Qəzzada yaşayış məntəqələrini hədəfə aldı: 24 saat ərzində 100ə yaxın fələstinli öldürüldü
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
İsrailin Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsi və Beyt Lahiyyədə son 24 saatda həyata keçirdiyi qırğınlarda 100-ə yaxın fələstinlinin öldürüldüyü açıqlanıb.
Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, ölənlərdən 75-nin cəsədi Əhməd və Əl-Baba ailələrinin bombalanmış iki evində, qalanları isə ayrı-ayrı ərazilərdə olub.
İsrailin Qəzzanın şimalına hərbi hücumlarının başlamasından bu yana fələstinlilərin sayının 2700-ə çatdığını, yaralananların sayının isə 10 mini keçdiyini bildirilib.
Baş verənləri tam bir fəlakət və soyqırım kimi xarakterizə edən Basal, hər gün bir çox ailənin bombalandığını və fələstinlilərin bölgəni tərk edə bilmədiyi üçün baş verən hadisələrin çoxunu bilmədiklərini sözlərinə əlavə edib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















