İsrail Qəzzadan fələstinliləri təxliyə etməyə hazırlaşır
Icma.az, Operativ MM saytına istinadən bildirir.
İsrailin müdafiə naziri İsrael Katz orduya Qəzza sakinlərinin könüllü olaraq bölgəni tərk edərək başqa ölkələrə köçməsinə imkan verəcək plan hazırlamağı tapşırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Katz ABŞ prezidenti Donald Trampın fələstinlilərin köçürülməsi planını alqışladığını bildirib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində olduğu kimi fələstinlilərə də çıxış və miqrasiya azadlığı verilməlidir.
Nazir bəyan edib ki, plana quru yolu ilə çıxış imkanı ilə yanaşı, dəniz və hava yolu ilə çıxış üçün xüsusi tədbirlər də nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:İsrail Qəzzadan 1 milyon fələstinlini təxliyə etməyə çağırıb
09 Sentyabr 2025 15:08
İsrail fələstinliləri Qəzzadan Cənubi Sudana köçürmək üçün danışıqlar aparır
14 Avqust 2025 09:44
İsrail əhalini Qəzzadan köçürür
06 Fevral 2025 15:18
İsrail ordusu Qəzzadan təxliyə edilən sakinlərin sayını açıqladı
19 Sentyabr 2025 04:42
Tramp ərəb ölkələrini Qəzzadan fələstinliləri qəbul etməyə çağırıb
27 Yanvar 2025 14:05
Baxış sayı:98
Bu xəbər 06 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















