Icma.az
close
up
RU
İsrail Qəzzaya raket zərbəsi endirib

İsrail Qəzzaya raket zərbəsi endirib

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qəzza zolağının şimalında və mərkəzində iki yaşayış zonasına raket zərbəsi endirib.

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində ən az 25 dinc sakin həlak olub.

Məlumata görə, İsrail döyüş təyyarələri Qəzza zolağının şimalındakı Beyt Lahia bölgəsindəki Kamal Advan xəstəxanası yaxınlığındakı 3 mərtəbəli binaya raket zərbəsi endirib, bina tamamilə dağılıb, nəticədə 18 fələstinli həlak olub.

Şahidlərin sözlərinə görə, daha 12 nəfər dağıntılar altında qalıb.

Eyni zamanda İsrail qırıcıları Qəzza zolağının mərkəzində Nuseyrat qaçqın düşərgəsinin cənub-qərb bölgəsində yaşayış məntəqəsini də bombalıyıb. 

Əl-Avda xəstəxanası məlumat verib ki, İsrailin hava hücumu nəticəsində yeddi nəfər həlak olub və altı nəfər isə yaralanıb. 

Xəstəxana, dağıdılmış binadan cəsədləri çıxarmağa çalışan tibb qruplarının görüntülərini də dərc edib.

İsrail döyüş təyyarəsi, həmçinin Nuseyrat qaçqın düşərgəsindəki "Bəyyumi" ailəsinin evini yerlə-yeksan edib, 7 nəfər həlak olub, iki nəfər isə itkin düşüb.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında bir ildən çox davam edən hərbi əməliyyatları nəticəsində əksəriyyət qadın və uşaqlar olmaqla 44 800 dinc insan həlak olub.

Bildirək ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs olunmasına order verib.

Beynəlxalq Ədalət Məhkəməsi, həmçinin İsrailin Qəzzada yerli əhaliyə qarşı soyqırım törətdiyini də bəyan edib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri