İsrail qoşunları Livandakı strateji Bofor yüksəkliyində qalacaq
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
İsrailin Müdafiə naziri İsrael Kats bəyan edib ki, İsrail qoşunları yeni təhlükəsizlik zonasının yaradılması çərçivəsində Cənubi Livandakı strateji Bofor yüksəkliyi ərazisində qalacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
1982-ci il Livan müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş tədbirdə çıxış edən nazir, bu bölgə üzərində nəzarətin yenidən bərpa olunmasının simvolik əhəmiyyətini vurğulayıb.
"Livandakı təhlükəsizlik zonasından çıxdıqdan 26 il sonra, İsrail bayrağı yenidən Qalileya məskənlərinə yuxarıdan baxan zirvələrdə dalğalanır", — deyə Kats bildirib.
O həmçinin qeyd edib ki, İsrail qüvvələri Bofor bölgəsini yenidən tutublar və Cənubi Livandakı yeni təhlükəsizlik sisteminin tərkib hissəsi kimi oranı əldə saxlayacaqlar.
"Bizim qəhrəman əsgərlərimiz Boforu yenidən ələ keçirdilər və orada qalacaqlar", — deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, quru əməliyyatının genişləndirilməsi və strateji mövqelərin nəzarətə götürülməsi çəkindirici effekt yaratmaq məqsədi daşıyır.
"İsrail vətəndaşlarını təhdid edənlər strateji aktivlərini bir-bir itirəcəklər", — deyə o əlavə edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 31 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















