İsrail səfərbərlik elan etdi
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail hərbçiləri İrana qarşı əməliyyatın başlamasından sonra ehtiyatda olan hərbçiləri kütləvi şəkildə orduya çağırmağa başlayıb. SİA "Ynet" portalına istinadla xəbər verir ki, 8 saylı fövqəladə hallar əmrinə əsasən minlərlə ehtiyatda olan hərbçi səfərbər olunacaq. İlk növbədə, əlavə qüvvələr əsas bölmələrə - Hərbi Hava Qüvvələrinə, Arxa Komandanlığa, Şimal və Mərkəzi Komandanlıqlara, eləcə də hərbi kəşfiyyat və maddi-texniki təchizata göndəriləcək. Xatırladaq ki, İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Səlaminin, eləcə də iki aparıcı nüvə proqramı üzrə mütəxəssis doktor Tehrançi və Fereydun Abbasinin ölümünü rəsmən təsdiqləyib.
Baxış sayı:100
Bu xəbər 13 İyun 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















