İsrail səfiri: Azərbaycan öz tolerantlıq modeli ilə haqlı olaraq fəxr edir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycan öz tolerantlıq modeli ilə haqlı olaraq fəxr edir".
Oxu.Az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik vəzifəsini yekunlaşdırması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
"2019-cu ildə Prezident İlham Əliyevlə görüşəndə o demişdi ki, bir yəhudi özünü Bakıda Parisdəkindən daha rahat hiss edə bilər.
Prezident Əliyev o zaman haqlı idi, bu gün isə daha çox haqlıdır. Çünki Azərbaycan anti-semitizmə qarşı mübarizə aparır, hətta Avropa ölkələri üçün multikulturalizm baxımından Bakı modeldir", - deyə səfir bildirib.
O, Azərbaycan - İsrail dostluğunun əhəmiyyətindən danışıb:
"Qızıl odla sınağa əkilir. Dostluq da belədir. Bizim dostluğumuz da son illərdə oddan çıxmış kimidir".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 25 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















