İsrail səfiri: Rusiya Qəzzada atəşkəsin davamlı həllə gətirib çıxaracağına ümid edir
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Qəzza zolağında müvəqqəti atəşkəsin tərəflər arasında davamlı sülh razılaşmasına gətirib çıxaracağına ümid edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov TASS-a bildirib.
“Ümid edirik ki, bu müvəqqəti atəşkəs daha dayanıqlı sülh yolu ilə həllə gətirib çıxaracaq və yaranmış münaqişə vəziyyətinin köklü səbəblərini həll etmək üçün lazımi şərait yaradacaq”, - deyə o qeyd edib.
“Tərəflərin öhdəliklərini tam yerinə yetirməsini və bütün humanitar yardım planlarının həyata keçirilməsini gözləyirik”, - deyə diplomat əlavə edib.
O xatırladıb ki, Moskva “Qəzzada atəşkəs və humanitar problemlərin həlli ilə bağlı İsrail nümayəndələri ilə radikal Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan razılaşmanı alqışlayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















