İsrail səfirindən HƏMAS a açıq təhdid: “Bu dəfə olmadısa, növbəti dəfə olacaq”
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İsrailin Vaşinqtondakı səfiri Yechiel Leyter HƏMAS liderlərinin hədəf alınması ilə bağlı Fox News-a verdiyi açıqlamada növbəti hücumları istisna etməyib.
Turkustan.az xəbər verir ki, Leiter bu açıqlamanı İsrailin Qətərin paytaxtı Dohada HƏMAS danışıqlar qrupunun yerləşdiyi binaya hücumundan sonra verib.
Aparıcının “Bu hücumla məqsədinizə çatdınızmı?” sualına cavabında səfir bildirib ki, “hələ yox, amma növbəti dəfə çatacaqlar”. O, eyni zamanda, bəzi ölkələrin İsrailin Qətərə hücumuna görə səsləndirdiyi tənqidlərə də münasibət bildirib və “İsrail bu tənqidlərin öhdəsindən gələcək” deyə cavab verib.
Xatırladaq ki, İsrail ordusu dünən Qətərin paytaxtı Dohada HƏMAS nümayəndələrinin yerləşdiyi binanı döyüş təyyarələri ilə hədəf alıb. HƏMAS açıqlamasında bildirilib ki, liderlik qrupu hücumdan sağ çıxsa da, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Hayyenin oğlu, 4 HƏMAS üzvü və bir Qətər polisi hücum nəticəsində həlak olub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 10 Sentyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















