İsrail səfirliyi Azərbaycanı Ramazan bayramına görə təbrik etdi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, təbrik X sosial şəbəkəsində dərc olunub.
“Azərbaycan xalqını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Qoy bu müqəddəs bayram sülh, rifah və birlik gətirsin, həmçinin insanlar arasında mərhəmət, səxavət və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə versin”, – məlumatda deyilir.
Diplomatik nümayəndəlikdə Ramazan bayramının mənəvi dəyərlərinin Azərbaycan və İsrail xalqları arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid ifadə olunub.
“Sizə dərin hörmətimizi ifadə edir, mübarək və dinc Ramazan bayramı arzulayırıq”, – səfirlikdə qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Mart 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















