İsrail: Sumud Donanması nın 137 üzvü Türkiyəyə deportasiya edilib
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, onların hamısı Türkiyəyə deportasiya edilib. Bu şəxslərə Əlcəzair, Bəhreyn, Böyük Britaniya, İordaniya, İtaliya, Küveyt, Liviya, Mavritaniya, Malayziya, Mərakeş, ABŞ, Tunis, Türkiyə və İsveçrə fəalları və vətəndaşları daxildir. Oktyabrın 3-də İsrail həbs edilmiş fəalların birinci qrupunu – dörd İtaliya vətəndaşını ölkədən çıxarıb.
İsrail tərəfi isə məhbusların hərəkətlərinin təxribat olduğunu iddia edir. “Qəzzaya humanitar yardım çatdırmaq adı altında hərəkət edən bu şəxslər davranışları, bütün sülhməramlı yardım təkliflərindən imtinaları və daşıdıqları az miqdarda yüklə əsl məqsədlərinin humanitar yardım deyil, Fələstinin radikal HƏMAS hərəkatının xidmətində təxribat olduğunu açıqlayıblar”, - deyə XİN qeyd edib.
Nazirlik əlavə edib ki, İsrail bütün məhbusların “deportasiyasını sürətləndirməyə çalışır”. “Onların bəziləri İsraildə qalmağa üstünlük verərək qanuni deportasiya prosesinə qəsdən mane olurlar. Eyni zamanda, bir sıra xarici hökumətlər bu təxribatçıları geri qaytarmaq üçün nəzərdə tutulan təyyarələri qəbul etmək istəmədiklərini bildiriblər. Buna baxmayaraq, bu PR-ın bütün iştirakçıları mümkün qədər tez deportasiya olunacaqlar”, - deyə diplomatik nazirlik bildirir.
"Sumud Donanması" sentyabrın ortalarında Tunisdən Qəzzaya yola düşüb. O, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarət idi. Missiyanın məqsədi Zolağın blokadasını yarmaq və anklava humanitar yardım çatdırmaq idi. İsrail hakimiyyəti dəfələrlə Fələstin anklavında döyüşlər səbəbindən dəniz blokadasını əsas gətirərək, bu gəmilərin Qəzza sahillərinə yaxınlaşmasına icazə verməyəcəklərini bəyan edib.
Donanmanın fəallarına yükü Qəzzaya ən yaxın olan İsrailin Aşkelon limanında və ya başqa bir ölkənin limanında təhvil verilməsi, oradan da yardım zolağa çatdırılma mkanı təklif edilib.
İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, fəallar bütün bu təklifləri rədd ediblər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















