Icma.az
close
up
RU
İsrail Suriya ilə sərhədə əlavə qoşun yığır

İsrail Suriya ilə sərhədə əlavə qoşun yığır

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

 Suriya müxalif qüvvələri İsrailin nəzarətində olan Qolan təpələri yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürdüklərini bəyan ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

İsrail yerli mətbuatında yayılan xəbərlərdə də hökumət qüvvələrinin Quneytradan geri çəkildiyi qeyd edilib.

İsrail ordusu son irəliləyişlərə cavab olaraq Suriya ilə sərhədinə əlavə qüvvələr yerləşdirməyə qərar verdiyini açıqlayıb.

İsrail ordusunun bəyanatında deyilir: “Vəziyyətin qiymətləndirilməsindən sonra Suriya sərhədi yaxınlığındakı Qolan təpələrində müdafiə əməliyyatları üçün əlavə qüvvələrin cəlb edilməsi qərara alınıb”.

Xatırladaq ki, bundan əvvəl etirazçı qüvvələrin Dera və Suveydaya nəzarəti ələ keçirdiyi barədə məlumat verilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Dekabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri