İsrail Suriyanın dərinliklərində xüsusi əməliyyat keçirdiyini açıqlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail Ordusu 2024-cü ilin sentyabrın 8-də Suriya ərazisinin dərinliklərində diversiya əməliyyatı keçirdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyatın məqsədi Suriyanın qərbindəki Həma əyalətinin Masyaf şəhəri yaxınlığında yerləşən dəqiq idarə olunan raketlər istehsal edilən yeraltı obyekt olub.
Bildirilib ki, əməliyyat Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə “Şaldaq” xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.
Əməliyyat bir neçə ay ərzində planlaşdırılıb. Nəticəsədə İsrail hərbçiləri vacib avadanlıqları, kəşfiyyat üçün qiymətli sənədləri ələ keçirib, kompleksi məhv edib və İsrail ərazisinə qayıda biliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Yanvar 2025 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















