Icma.az
close
up
RU
İsrail tankları Qəzzanın şimalına yəhudiyilin simvolu olan Davud ulduzu çəkdi... VİDEO

İsrail tankları Qəzzanın şimalına yəhudiyilin simvolu olan Davud ulduzu çəkdi... VİDEO

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində əvvəllər əkin sahələri olan ərazilərin yeni yayımlanmış peyk şəkillərində həm yəhudi inancının, həm də İsrail dövlətinin simvolu olan  Davud ulduzunun konturları aydın görünür.

Moderator.az bu haqda "Əl-Cəzirə" kanalına istinadla xəbər verir.

Ulduz şəklinin yanında isə İsrail ordusunun 97-ci "Netzah Yehuda"  taboruna mümkün istinad olan 7979 rəqəmlərinin əksi görünür.

Tamamilə kişilərdən ibarət ultra-pravoslav birlik olan "Netzah Yehuda" taborunun keçən ilin yanvar ayında işğal altındakı İordan çayının qərb sahilindən Qəzzaya yerləşdirildiyi və Beyt Hanunda fəaliyyət göstərdiyi bildirilir.

Yerləşdirmədən əvvəl tabor çoxsaylı zorakılıq cinayətlərində, o cümlədən bəzi ABŞ rəsmilərinin dediyinə görə, silahsız fələstinlilərin öldürülməsi və nəzarətində olan məhbusların işgəncə və cinsi istismarı da daxil olmaqla insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb ola biləcək cinayətlərdə ittiham edilmişdi.

Taborun iddia edilən qurbanları arasında 2022-ci ilin yanvarında həbs edilərkən ölən 80 yaşlı Fələstin mənşəli ABŞ vətəndaşı Ömər Əbdülməcid Əsəd də olub. ABŞ hökumətinin təzyiqindən sonra İsrail həmin ilin sonunda Əsədin ailəsinə təzminat ödəməyə razı olub. Bununla belə, ödənişin bir hissəsi olaraq, İsrail hökuməti "Netzah Yehuda"da heç kimin Əsədin ölümünə görə məsuliyyət daşımamasında israr edib.

Fələstin müdafiə analitiki Həmzə Əttar "Əl-Cəzirə" kanalına bildirib ki, "Netzah Yehuda" taboru Davud ulduzunu “Google Maps" da əks olunması üçün onların burada olduqlarının qabardılmasından ötrü düzəldib.

Əttar bildirib ki, bu akt ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının batalyona sanksiya tətbiq etmək planlarına cavab ola bilərdi. Bununla belə, avqust ayında ABŞ Dövlət Departamenti İsrail hökumətinin etirazlarından sonra kobud insan haqları pozuntularında iştirak edən xaricdəki hərbi birləşmələrə silah ötürülməsini qadağan edən özünün "Leahy" Qanunlarının pozulması ilə bağlı araşdırmasını dayandırdı . İstintaq "Netzah Yehuda" taboru üzərində cəmlənmişdi.

"Hauntologies" bülleteninin müəllifi tədqiqatçı Elia Əyyub "Biz Fələstin həyatını məhv etmək üçün lazım olan hər şeyin verildiyi bir orduda mütləq cəzasızlığın necə göründüyünü görürük", -deyə bildirib. “Hər bir soyqırımda olduğu kimi, onları törədənlər çox vaxt öz simvollarını qurbanlarının üzərinə zorla vuraraq üstünlüklərini nümayiş etdirməkdən həzz alırlar. İsrail ordusu fələstinlilərin bu soyqırımından və Qəzzanın müstəmləkəçiliyindən danışan din xadimlərindən də dini vəzifə kimi istifadə edir”, - tədqiqatçı əlavə edib.

"Əl-Cəzirə" Qəzzanın şimalına həkk olunmuş Davud ulduzu ilə bağlı İsrail Müdafiə Nazirliyi ilə əlaqə saxlasa da,  material dərc olunan vaxta qədər cavab almayıb.

Davud ulduzu İsrail qüvvələri tərəfindən qalan ilk simvol deyil. Qəzzada sosial mediaya yüklənən görüntülərdə əsgərlərin binaların dağıntıları arasında nəhəng menora şamları qoyması və ya digər yəhudi simvolları çəkməsi əks olunub. 2024-cü ilin oktyabr işğalından sonra Livanın cənubunda İsrail əsgərləri eyni şeyləri ediblər...

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri