İSRAİL TANKLARI SURİYAYA GİRDİ: daha iki kənd ələ keçirildi, hərbçilər irəliləyir
Icma.az, Mia.az saytına istinadən bildirir.
İsrail ordusu bu gün Suriyaya tankları yeridib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tank birliyi Suriyanın Quneytra əyalətindəki Üm İzam kəndinə giribnlər.
Məlumata görə, kəndi qısa müddətə müqavimətsiz ələ keçirən İsrail hərbçiləri burada çox az qüvvə saxlayaraq, Suriya hakimiyyəti nəzarətində olan Rəsm əl-Hələbi kəndinə doğru irəliləyiblər: "Tankların müşaiyəti ilə hərbçilər bu kənd və onun ətrafındakı bütün yüksəkliklərə də yerləşiblər. Bununla yanaşı, İsrail qüvvələri Şərqi Səmədaniyyə kəndi ilə Xan Ərnabə şəhəri arasındakı əraziyə girərək, orada da nəzarət postları qurublar".
Suriya administrasiyası bu hücumu pisləyən bəyanat verib və BMT-dən İsraili dayandırmağı tələb edib: "İsrail dərhal təcavüzkar siyasətdən əl çəkməli və ərazimizdən çəkilməlidir"
Yeri gəlmşikən, İsrail bir neçə gün əvvəl sərhəddə daha iki kəndi işğal etmişdi.
Tahir Şəlvəli
MİA.AZ
Baxış sayı:50
Bu xəbər 18 Noyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















