Icma.az
close
up
RU
İsrail təkbaşına İranla üz üzə gələ bilməz, ABŞ a arxalanır Əfşar Süleymani

İsrail təkbaşına İranla üz üzə gələ bilməz, ABŞ a arxalanır Əfşar Süleymani

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran ətrafında baş verən siyasi və hərbi proseslər beynəlxalq münasibətlərdə etimad, danışıqlar və güc balansı məsələlərini yenidən gündəmə gətirib. Bu hadisələr regionla məhdudlaşmır.

ABŞ, İsrail və İran arasında yaşanan gərginlik təkcə regional təhlükəsizliklə bağlı deyil. Eyni zamanda beynəlxalq hüququn tətbiqi və diplomatik mexanizmlərin effektivliyi ilə də sıx bağlıdır. Böyük dövlətlərin siyasətdə tutduğu mövqe də bu proseslərdə mühüm rol oynayır.

Ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə Mar-a-Laqoda bir araya gələm Tramp deyib ki, əgər İran raket proqramını inkişaf etdirməyə davam edərsə, İrana qarşı sürətli bir hücumu dəstəkləyərəm. Əgər nüvə proqramlarını davam etdirsələr, hücum dərhal həyata keçirilməlidir.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a açıqlamasında məsələnin yenidən ört-basdır edildiyini söyləyib:

"Artıq bu mövzu dəfələrlə müzakirə edilib. Netanyahu ora gedib və məsələ yenə də ört-basdır olunub. O da əvvəlki kimi eyni sözləri deyib. Amma bu eyni fikirlər hər gün, müəyyən fasilələrlə yenidən təkrarlanır. İndi əsas sual budur ki, "buna nə qədər dözmək olar?".

Hazırkı vəziyyətdə elə təəssürat yaranır ki, Tramp demək olar ki, Netanyahunun təsiri altındadır. Sanki Netanyahu nə istəyirsə, Tramp da ona “baş üstə” deyir. Əsl problem isə ondadır ki, Tramp və Netanyahu birlikdə, rəsmi şəkildə İranı aldatdılar. Planlı şəkildə İranı danışıqlara dəvət etdilər. Hətta danışıqların altıncı raundunun yeri və vaxtı da müəyyənləşdirildi. Lakin həmin görüş baş tutmamışdan əvvəl İsrail, Amerikanın dəstəyi ilə İrana hücum etdi. Bundan sonra nə görüş oldu, nə də danışıqlar davam etdi. Daha sonra isə Amerika da İrana və müəyyən obyektlərə zərbələr endirdi.

Sonradan üzə çıxan bəzi sənədlər və açıqlamalar göstərdi ki, bu proses əvvəlcədən planlaşdırılıb. Yəni Tramp bir tərəfdən İrana “gəlin danışaq” deyirdi, digər tərəfdən isə hücum planı artıq mövcud idi. Məqsəd İranı danışıqlarla məşğul edib, sonra ona zərbə vurmaq idi. Bu səbəbdən də bu qüvvələrə etibar etmək mümkün deyil".

Ekspert reallıqdan uzaq davranıldığını bildirib:

"Mən reallığı söyləyirəm. Amma təəssüf ki, bizim regionda və mövcud sistemdə çox vaxt reallıqdan uzaq davranılır. Siyasətdə bəzən tərəflər özünü zəif göstərməmək üçün fərqli danışa bilərlər. Lakin bu gün informasiya dövrüdür: peyklər, süni intellekt, rəqəmsal texnologiyalar var və demək olar ki, hər şey izlənilir, gizli qalmır.

Amerika zor gücünə əsaslanan bir sistemdir. Tramp isə xüsusilə qeyri-sabit fiqurdur: yalan danışa bilir, tez-tez mövqeyini dəyişir, reallıqdan uzaq vədlər verir. Bununla yanaşı, bəzən konkret və sərt addımlar da atır.

Hazırda iki əsas məsələ var. Biri raket proqramı, digəri isə nüvə məsələsidir. İran haqlı olaraq bildirir ki, artıq inam qalmayıb və inam olmadan danışıqlar mümkün deyil. Tramp isə deyir ki, “Mənim şərtlərimi qəbul edin, sonra gəlib imzalayın”. Bu isə danışıqlar deyil. Danışıqlar o zaman olar ki, tərəflər müzakirə aparsın və ortaq məxrəcə gəlsinlər. Burada isə açıq şəkildə şərt qoyulur: uranın zənginləşdirilməsi sıfıra endirilsin, raketlərin mənzili 500-600 kilometrdən artıq olmasın. Bunlar müzakirə mövzusu yox, diktədir. Təbii ki, İran buna reaksiya verir və bildirir ki, bu formada danışıqlara getməyəcək. İran qeyd edir ki, NPT-ni (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) imzalayıb və beynəlxalq hüquqa əsasən nüvə texnologiyasından dinc məqsədlərlə istifadə etmək hüququna malikdir".

Sabiq səfir sistemin ədalətsiz olduğunu deyib:

"Bu sistem mahiyyət etibarilə ədalətsizdir. Məsələn, İsrailin nüvə silahı var, amma bu məsələ heç vaxt ciddi şəkildə müzakirə olunmur. MAQATE də buna toxunmur, Amerika isə tamamilə susur. Bu, açıq-aşkar ikili standartdır. Güclü olan istədiyini edir, digərləri isə susmağa məcbur qalır.

Eyni yanaşmanı Ukrayna məsələsində də görürük. Bir tərəfdən Ukraynanın hüquqlarının pozulduğu deyilir, digər tərəfdən isə güclü maraqlar naminə mövqelər dəyişir. Qəzzada isə insanların öldürülməsi “yardım” adı altında təqdim olunur. Bu, siyasətdə ciddi əxlaqi aşınmanın göstəricisidir.

İran açıq şəkildə bildirir ki, hüquqları pozularsa, cavab verəcək. İranlı hərbi və siyasi rəsmilər də deyirlər ki, bu məsələlər təkcə müəyyən hədəflərin vurulması ilə bitməyəcək. Siz İranın yaddaşını, biliklərini və mütəxəssislərini terror yolu ilə məhv edə bilməzsiniz. Bu bilik artıq əldə olunub və istehsal prosesi formalaşıb. Onu tamamilə aradan qaldırmaq mümkün deyil".

Əfşar Süleymani İsrailin tək başına İranla üz-üzə dura bilməyəcəyini qeyd edib:

"Bəli, sanksiyalar vasitəsilə İranı zəiflətmək olar, amma məsələ kökündən həll edilmir. Son 12 günlük müharibə də göstərdi ki, İsrail təkbaşına İranla üz-üzə dura bilməz. Buna görə də Amerikaya arxalanır. İsrailin istifadə etdiyi silahların böyük əksəriyyəti də məhz Amerikanın istehsalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Yanvar 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri