Icma.az
close
up
RU
İsrail təklifə yox dedi, İran üçün həyəcan siqnalı verildi Müəmmalı vəziyyət

İsrail təklifə yox dedi, İran üçün həyəcan siqnalı verildi Müəmmalı vəziyyət

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçirilən Yaxın Şərq Sülh Sammitinə nə İsrail, nə də İran qatılmadı. Bununla belə, anklavda atəşkəsin əldə olunmasını nəzərdə tutan yekun saziş imzalandı.

Maraqlıdır ki, ərazidə qarşıdurmanın tərəflərindən biri İsrail, digər tərəf olan HƏMAS-ı silahlandıran ən böyük güc isə İrandır. Lakin iki münaqişə tərəfi də problemin həllinə həsr olunan sammitdə iştirak dəvətini qəbul etmədi. İddialara görə, Təl-Əvivin Qəzza planında əsas hədəf də məhz Tehrandır.

İsrail-İran gərginliyinin yenidən alovlanması nə dərəcədə gözləniləndir? İran tərəfi HƏMAS-ı silahlandırmağa davam edərək bölgədə yeni gərginliyin yaranmasına sövq edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, hazırkı mərhələdə Tehranın Yaxın Şərqdə yenidən destruktiv rol oynaması ehtimalı çox zəifdir:

“İranın HƏMAS-ı təkrar silahlandırıb ABŞ Prezidenti Donald Trampın sülh planını pozmağa cəhd edəcəyini düşünmürəm. İran hazırda çox ciddi və hərtərəfli böhran içərisindədir. Söhbət həm sosial-iqtisadi böhrandan, həm inflyasiyadan, həm quraqlıq, su problemi, həm də enerji sektorundakı böhrandan gedir. Bütün bu kompleks problemlər Tehranın “belini bükür”. Rejim hazırkı mərhələdə ABŞ və İsraillə qısamüddətli toqquşmadan sonra daha çox özünə diqqət cəmləşdirib. Rəsmi Tehran daxili vəziyyəti normallaşdırmağa çalışır. Təsadüfi deyil ki, daxili siyasətdə də müəyyən yumşaldıcı tədbirlər görülür. Məsələn, hicabla bağlı qanunun yumşaldılması buna nümunədir. Əsas niyyət daxildə əhalinin narazılığını azaltmaqdır.


Şahin Cəfərli

İran Yaxın Şərqdə mövqelərini ciddi şəkildə itirib. Faktiki olaraq Tehran Suriyadan qovulub çıxarılıb, “Hizbullah” mövqelərini itirib. Yəni İran əvvəlki potensialından çox uzaqdadır. Eyni zamanda İranın HƏMAS-ı yenidən silahlandırmağa çalışması Trampın sülh planına əngəl olmaq cəhdi kimi ABŞ-ın qəzəbini üzərinə çəkə bilər. Həmçinin Qəzza ilə bağlı atəşkəs sazişinin qarantoru olan Türkiyə və Misir kimi müsəlman ölkələri var. Əlbəttə ki, İran bu dövlətlərlə də münasibətlərini pozmaq istəməz”.

Politoloq bildirib ki, ümumiyyətlə İran məsələsi tam qapanmayıb:

“İsrail və ABŞ-ın İrana zərbələri bu ölkə ilə bağlı aktual olan məsələni tam qapatmadı. Ona görə gələcəkdə Vaşinqton və Təl-Əvivin bu məsələyə qayıtma ehtimalı yüksəkdir. Doğrudur, bunun hansı zaman kəsiyində baş verəcəyini demək indidən mümkün deyil. Hər halda aydındır ki, İsrail üçün İran məsələsi tam bağlanmayıb”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri