Icma.az
close
up
RU
İsrail televiziyasında Türkiyə etirafı: Onlara müharibəyə hazır deyilik!

İsrail televiziyasında Türkiyə etirafı: Onlara müharibəyə hazır deyilik!

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İsrailli təqaüdçü polkovnik Lerman canlı yayımda Türkiyə ilə bağlı diqqət çəkən bir etiraf edib. O anlar ictimaiyyətin gündəmini məşğul edib. 


Sherg.az detalları təqdim edir:

Qəzzadakı hücumlar və humanitar böhran günü-gündən daha da şiddətlənərkən, İsrail ordusunda xidmət etmiş təqaüdçü bir polkovnikdən canlı yayımda Türkiyəyə qarşı diqqət çəkən açıqlama gəlib.

Qüds mərkəzli "TV7" kanalında yayımlanan "Jerusalem Studio" proqramında danışan İsrail ordusundan təqaüdçü polkovnik Eran Lerman, Türkiyə ilə mümkün müharibə ssenarisinə dair kritik açıqlamalar verib.

İsrail ordusunda 20 il xidmət etdikdən sonra Qüds Strategiya və Təhlükəsizlik İnstitutunu (JISS) idarə edən Lerman, proqram aparıcısının Türkiyəni nəzərdə tutaraq “F-16 döyüş təyyarələrini işlədən Qərb ordusu ilə bu tablo necə olar?” sualına belə cavab verib:

“İsrail ordusu, NATO-nun ikinci böyük qüvvəsi olan Türkiyə ordusu ilə müharibəyə mütləq hazır deyil. Ümid edirəm ki, bu nöqtəyə heç vaxt gəlmərik.”

Lerman İsrail donanmasının kiçik, amma bacarıqlı olduğunu və hava qüvvələrində üstünlük təmin edə biləcəyini iddia edərkən, Türk Quru Qoşunları üçün “möhtəşəm” qiymətləndirməsini verib və “Onlarla üz-üzə gəlməməyə çalışmalıyıq” deyib.

Lerman, mümkün bir qarşıdurmanın daha çox Suriyada nümayəndəlik savaşı şəklində ola biləcəyini, Türkiyənin müdafiə sənayesi və xüsusilə Bayraktar PUA-larının regiondakı tarazlıqları əsaslı şəkildə dəyişdiyini vurğulayıb. Buna görə də İsrailin ABŞ və Avropa vasitəsilə siyasi və iqtisadi təzyiq yollarına üz tutacağını qeyd edib. Həmçinin, Azərbaycanın Türkiyəyə qarşı təsir elementi kimi istifadə oluna biləcəyi barədə fikirləri də diqqət çəkib.

Nəhayət, Lerman Türkiyənin çox inkişaf etmiş bir hərbi sənayesi olduğunu qəbul etməyin vacib olduğunu deyərək, “Belə bir müharibəyə girməmək üçün əlimizdən gələni etməliyik” ifadəsini işlədib.

Lermanın açıqlamaları Türkiyənin quru, hava və pilotsuz uçuş aparatı qüvvələri ilə regionda caydırıcı təsirini ortaya qoyur və mümkün bir qarşıdurmada tarazlığın Türkiyə lehinə formalaşdığını göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri