Icma.az
close
up
RU
İsrail Trampı Bakıya “gətirir” Dünyanı dəyişəcək görüşlə bağlı sensasion gəlişmə

İsrail Trampı Bakıya “gətirir” Dünyanı dəyişəcək görüşlə bağlı sensasion gəlişmə

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, “The Jerusalem Post” qəzeti bir neçə gün öncə ABŞ və Rusiya prezidentlərinin Bakıda görüşə biləcəyi barədə məlumat yayıb. Amerikadakı yəhudi lobbisi və İsrail hökuməti dünyanın taleyini müəyyənləşdirə biləcək belə bir görüşün məhz Bakıda baş tutması üçün hərəkətə keçdiyi iddia edilir. Digər tərəfdən, son vaxtlar Bakı ilə ikitərəfli sıx diplomatik trafik var. Prezidentin köməkçisi Hikmət Hacıyevin ötən ay İsrailə səfəri, Baş nazir Benyamin Netanyahu ilə görüşü, ABŞ Prezidenti Donald Trampın şəxsi nümayəndəsi Stiven Uitkoffun Moskvadan birbaşa Bakıya uçması, iki gün öncə Hikmət Hacıyevin ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Maykl Uolts ilə telefon danışığı və s. diqqət çəkir.

Bütün bunlar nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, ümumi proses hələ müsbət tərzdə inkişaf edir:

“Çünki Bakı ilə Vaşinqton arasında hər zaman dolğun dialoq olub. Doğrudur, bəzi hallarda – 2021-2022-ci illərdə – Co Baydenin hakimiyyəti dövründə ABŞ administrasiyasının lazımsız, anlaşılmaz gedişlərinin şahidi olurduq. Durduq yerə münasibətlərdə soyuqluq yaranır, etimad mühiti zəifləyirdi. Bu daha çox Demokratların hakimiyyəti illərinə təsadüf edilən tendensiya idi. Lakin indi ABŞ rəhbərliyi Cənubi Qafqaza sözügedən tərzdə qərəzli münasibət nümayiş etdirmir. Bir neçə gün öncə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvaya, ardınca da Bakıya gəldi. Doğrudur, onun Bakıya gəlişi daha çox texniki mahiyyət daşıyırdı.

Lakin hər bir halda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə telefon danışığı aparıb. Bu da ondan xəbər verir ki, Uitkoff öz rəhbərindən təlimat alaraq bu addımları atıb. Hikmət Hacıyev də Prezident İlham Əliyevdən təlimat almasa, belə danışıqlara başlamaz. Bu proseslər fonunda nə gözlənilir? Cənubi Qafqaz ABŞ siyasəti üçün çox vacib bölgədir. ABŞ biznesi isə bizim bölgədən bir qədər uzaqlaşıb. Vaxtilə 20-25 il əvvəlki neft-qaz kontraktları fəaliyyətə başlayanda ABŞ şirkətləri Xəzər bölgəsində sıx birləşmişdilər. Onların həm Azərbaycan, həm də özləri üçün çox böyük faydası oldu. Postsovet durğunluğundan çıxmaqdan ötrü bağlanmış qərarların çox böyük strateji əhəmiyyəti oldu. Azərbaycana investisiyalar gəldi, neft-qaz, kimya sektoru fəaliyyətə başladı. Bütün bunlar rəsmi Bakıya çox böyük dəstək oldu”.

Tofiq Abbasov

Politoloqun sözlərinə görə, ABŞ ilkin mərhələdə üzərinə düşən öhdəliklərin hamısını layiqincə yerinə yetirdi:

“İndi isə ABŞ daha çox geosiyasi aləmdə özünü göstərir. Azərbaycan 3 istiqamətdə ABŞ-la sıx əlaqələr saxlayır. Enerji sektoru, təhlükəsizlik məsələləri və demokratik quruluş buna aiddir. Demokratik quruluş Respublikaçılar Partiyası üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Digər iki məsələ ilə bağlı demək olar bütün ABŞ liderləri Azərbaycanla dialoqa əhəmiyyət verirdilər. Bu gün də yeni inkişaf mərhələsinə qədəm qoymaq üçün yaxşı zəmin yaranıb. Donald Tramp öz seçimində həmişə güclü siyasətçilərə üstünlük verir ki, İlham Əliyev də dünyada güclü siyasətçi kimi qəbul edilir”.

Tofiq Abbasovun fikrincə, ABŞ-dan Ermənistana silah-sursatın göndərilməsi spesifik məsələdir:

“Bununla bağlı Bakının reaksiyası var və növbəti mərhələlərdə də olacaq. Digər tərəfdən danışıqlar və məsləhətləşmələrlə prosesin həlli istiqamətində addımlar atıla bilər. Bakı dialoq meydanı kimi çox məşhurdur. ABŞ və Rusiyanın yüksək rütbəli rəhbərlərinin Bakıda görüşü də keçirilib. Bu ondan xəbər verir ki, Azərbaycan birləşdirici, vasitəçi rolunu layiqincə daşıyır, əmin-amanlıq və sabitliyinə görə münasib meydana çevrilib”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri