İsrail Trampın istəyi ilə Livana hücumları məhdudlaşdıracaq
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İsrail Livana hücumları dayandırmaq niyyətində deyil, lakin ABŞ Prezidenti Donald Trampın istəyinə uyğun olaraq əməliyyatların miqyasını məhdudlaşdıracaq.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Tramp indiyədək İsraildən "Hizbullah" təşkilatına qarşı əməliyyatların miqyasını azaltmağı xahiş etməmişdi. Lakin ABŞ Administrasiyası bu hücumların İranla danışıqlara və Hörmüz boğazının açılması səylərinə mane olacağından ehtiyatlanır.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanla mümkün qədər ən qısa zamanda birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini bəyan etmişdi.
"Axios" portalının məlumatına görə, danışıqlar gələn həftə Vaşinqtonda keçirilməlidir. Hər iki tərəf ABŞ-dəki səfirlər səviyyəsində təmsil olunacaq.
İsrailin "Kan" telekanalı isə xəbər vermişdi ki, rəsmi Təl-Əviv ABŞ tərəfinin təzyiqləri səbəbindən Vaşinqtonda Livanla danışıqlar keçirməyə razılaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 10 Aprel 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















