Icma.az
close
up
RU
İsrail Trampın Rusiyaya münasibətindən narazıdır... Bu, nə ilə nəticələnə bilər?..

İsrail Trampın Rusiyaya münasibətindən narazıdır... Bu, nə ilə nəticələnə bilər?..

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Tramp oyun qaydalarını dəyişir ki, bu da ABŞ müttəfiqlərinin kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasına səbəb ola bilər...

Vaşinqtonun bəzi müttəfiqləri, o cümlədən İsrail, Səudiyyə Ərəbistanı və “Beş Göz” alyansı ABŞ-la paylaşdıqları kəşfiyyat məlumatlarının həcmini azaltmağı müzakirə edirlər.

Moderator.az  İsrail meediasına istinadla xəbər verir ki, "NBC News"-un məlumatına görə, tədbir Donald Trampın Rusiya ilə yaxınlaşma kursu fonunda nəzərdən keçirilir.

Müttəfiqlərin narahatlıqları və siyasətə yenidən baxılması...

Mənbələrin, o cümlədən xarici rəsmilərin bildirdiyinə görə, müzakirələr artıq davam edir, lakin hələlik konkret qərarlar qəbul edilməyib. Səbəb məxfi məlumatların təhlükəsizliyi ilə bağlı artan narahatlıqlardır. Çnüki Vaşinqton Moskva ilə bağlı mövqeyini zəiflətsə, kritik məlumatların sızması riski var.

Qərb rəsmilərindən biri vurğulayıb ki, müzakirə olunan dəyişikliklər beynəlxalq kəşfiyyat münasibətlərində tarixi dəyişikliyə səbəb ola bilər və məsələ diplomatiya və ticarətdən hərbi əməkdaşlığa qədər daha geniş kontekstdə nəzərdən keçirilir.

Bununla belə, müttəfiq ölkələrin bəzi yüksək rütbəli kəşfiyyat rəsmiləri Trampın siyasətinin onilliklər boyu qurulmuş kəşfiyyat məlumatlarının mübadiləsi əməkdaşlığına böyük təsir göstərəcəyinə şübhə ilə yanaşır. Onlar vurğulayırlar ki, informasiya mənbələri və əldə edilmə üsullarını qorumaqla məhdud formada ötürülə bilər.

NATO və Ukrayna üçün fəsadlar

ABŞ-ın kəşfiyyat siyasətində dəyişikliklərlə bağlı narahatlıq artıq NATO alyansına təsir edib. Bundan əvvəl KİV Trampın gözlənilməzliyi səbəbindən bloka daxil olan ölkələrin kəşfiyyat məlumatlarını bölüşməkdən çəkindiyini və bunun ümumi təhlükəsizlik səviyyəsini zəiflədə biləcəyini yazıb.

Bundan əlavə, məlum olub ki, Vaşinqton Ukraynaya kəşfiyyat məlumatlarının, o cümlədən Rusiya raketlərinin buraxılması və "HIMARS" zərbələri üçün koordinatlar barədə məlumatların verilməsini tamamilə dayandırıb. Bunun Ukraynanın müdafiə qabiliyyəti üçün ciddi nəticələri oldu. Bu fonda Fransa açıq şəkildə əmin edib ki,  kritik kəşfiyyat məlumatları verməklə Kiyevi dəstəkləməyə davam edir.

Vaşinqtonla münasibətlərə qlobal yenidən baxılması...

ABŞ-ın siyasətindəki dəyişikliklər müttəfiqlərini strateji prioritetlərinə yenidən baxmağa məcbur edir. Bu proses təkcə kəşfiyyat sahəsinə deyil, bütün beynəlxalq münasibətlər sisteminə təsir göstərə bilər. Əgər ABŞ müttəfiqləri Vaşinqtonun məlumatlara çıxışını məhdudlaşdırmaq qərarına gəlsələr, bu, onilliklər ərzində Qərb ölkələri arasında ən böyük etimad böhranlarından biri ola bilər...

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri