İsrail Trampla söhbətdən sonra İrana yeni zərbələr endirməməyə qərar verib
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra İrana yeni zərbələr endirməməyə qərar verib.
"Report" xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının məlumatında bildirilib.
"Atəşkəs səhər saat 07:00-da müəyyən edilmişdi. Səhər saat 03:00-da İsrail Tehranın mərkəzinə güclü zərbə endirərək, rejim hədəflərinə zərbələr vurub və yüzlərlə "Bəsic" döyüşçüsünü və İran təhlükəsizlik qüvvələrini öldürüb. Atəşkəs sazişi qüvvəyə minməzdən az əvvəl İran raket zərbələri endirib", - məlumatda qeyd edilib.
Məlumatda həmçinin bildirilib ki, saat 07:06-da İran İsrail ərazisinə bir raket, 10:25-də isə daha iki raket atıb.
"İranın atəşkəs pozuntularına cavab olaraq Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı radar şəbəkəsini məhv edib. ABŞ Prezidenti Donald Trampın Baş nazir Binyamin Netanyahu ilə söhbətindən sonra İsrail əlavə hücumlardan çəkinib", - məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















