Icma.az
close
up
RU
İsrail Türkiyəyə qarşı ciddi addımlar atmağa ABŞ sız risk etməz

İsrail Türkiyəyə qarşı ciddi addımlar atmağa ABŞ sız risk etməz

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Trampın İsrail-Türkiyə gərginliyinə görə Ərdoğana zəng etməsi əslində onun Netanyahunu yaxşı tanımasından irəli gəlir. Tramp başa düşür ki, Netanyahu artıq bütün qırmızı cizgiləri çoxdan keçib və ondan hər cür hərəkət gözləmək olar. Türkiyənin "Mavi Mərmərə" gəmisinə 2010-cu ildə hücum edən də Netanyahu idi. Doğrudur, sonralar Bil Klintonun vasitəçiliyi ilə Netanyahu Ərdoğana zəng edib üzr istəmiş, həlak olanların ailələrinə
təzminat ödəməyi qəbul etmişdi. Amma məsələ Türkiyəyə qarşı qərar qəbul etməyə iradənin olmasıdır.
Əslində, Netanyahunun özgüvəninin olması öz gücünə arxayın olmasından irəli gəlir. Təbii ki, ABŞ-ın dəstəyi faktoru da həlledici rol oynayır. Amma Netanyahunun Trampın başına əlavə işlər aça biləcəyi təhlükəsi elə Trampı da narahat edir. Netanyahunun İran və ya Türkiyəyə qarşı edəcəyi hücum xarakterli hərəkət durumunda ABŞ İsrailin tərəfindən çıxış etməyə məcbur olacaq. Bu da qarşısı alınmaz proseslərə start verə bilər.
İrana hücum edilməsində israrlı olan Netanyahuya rəğmən Tramp bu məsələni danışıqlar yolu ilə həll etmək istəyir. Göründüyü kimi Netanyahu da başqa yol seçib. İranın Bəndər Abbas şəhərinin şəhid Rəcai limanında və bir neçə başqa yerdə partlayışların olması mütləq şəkildə İsrail kəşfiyyatının işidir. Bu baxımdan Trampın Ərdoğana təcili zəng etməsi İsrailin addımlarına qarşı səbrli olmasını söyləmək məqsədi daşıdığı mütləqdir. Tramp Ərdoğanı əmin etmək istəyir ki, İsrail Türkiyəyə qarşı ciddi addımlar atmağa ABŞ-sız risk etməz. Risk etsə belə İsrailin təyyarələrinin kodları ABŞ-ın əlindədir. Ən son məqamda ABŞ bu kodları bloklaya və İsrailin F15 və F35 təyyarələrini fəaliyyətsiz buraxa bilər.
Azər Qasımov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 May 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri