İsrail uçuşları qismən bərpa etdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Təl-Əvivin Ben Qurion hava limanı əməliyyatların davam etməsi fonunda mülki uçuşlar üçün qapılarını qismən açıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sərnişin daşıyan ilk reyslər artıq ölkəni tərk etməyə başlayıb.
Hava limanının mətbuat xidməti də fəaliyyətin mərhələli şəkildə bərpa olunduğunu bildirib:
“Hava limanı uçuşlar üçün qismən fəaliyyətini bərpa edib. Aviasiya orqanları hər uçuş üçün sərnişin kvotasını 70-dən 100 nəfərə qədər artırıb”.
Məlumata görə, hazırda uçuşlar yalnız İsrailin yerli aviaşirkətləri – “El Al”, “Israir” və “Arkia” tərəfindən həyata keçirilir.
Xatırladaq ki, ABŞ və İsrailin əməliyyatları və Fars körfəzindəki bazalara endirilən cavab zərbələri fonunda İsrail hava məkanı martın əvvəlindən təhlükəsizlik səbəbindən tamamilə qapadılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Mart 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















