İsrail və ABŞ İrana qarşı 18 mindən çox döyüş sursatı istifadə edib
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail aviasiyası İrana qarşı ABŞ ilə birgə əməliyyat zamanı 8,5 mindən çox operativ və mindən çox zərbə uçuşu həyata keçirib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu rəqəmləri ordunun mətbuat xidməti açıqlayıb.
Qeyd olunub ki, uçuşlar zamanı 6 700 infrastruktur komponentinə, eləcə də 4 min hərbi hədəfə 10 800-dən çox zərbə endirilib.
İsrail ordusu vurğulayıb ki, bu uçuşlar zamanı 18 mindən çox döyüş sursatından istifadə edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Aprel 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















