Icma.az
close
up
RU
İsrail və Bəşər Əsəd arasında gizli əməkdaşlıq

İsrail və Bəşər Əsəd arasında gizli əməkdaşlıq

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra Dəməşq hakimiyyəti ilə İsrail kəşfiyyatı arasında gizli əlaqə kanalının olduğunu göstərən sənədlər üzə çıxıb.

Missiya.Az xəbər verir ki, tamamilə məxfi olaraq xarakterizə edilən sənədlər 1980-ci ildə Londonda Səudiyyə Tədqiqat və Nəşriyyat Şirkəti tərəfindən qurulan və o vaxtdan bəri Londondan nəşr olunan həftəlik “Al-Mecelle Magazine” tərəfindən nəşr edilib.

İsrail ilə Suriya arasındakı əməkdaşlıq mexanizmini ortaya qoyan sənədlər arasında “Musa” kod adlı İsrail agentinin Suriya hərbi liderlərinə göndərdiyi mesajlar da var və bu mesajların Suriya Kəşfiyyat İdarəsinin rəisi tərəfindən Milli Təhlükəsizlik İdarəsinə çatdırıldığı bildirilir.

Sənədlərin üzə çıxardığı ən diqqət çəkən məqam isə Rusiyanın himayəsi altında Suriya ordusu ilə İsrail arasında mesajlaşma mexanizminin olmasıdır.

İsrailin Suriya ordusunun “Hizbullah” və İranla əməkdaşlığını yaxından izlədiyi və bu fəaliyyətlərin davam edəcəyi təqdirdə görünməmiş bir bədəl ödəyəcəyi xəbərdarlığı edən sənədlərdə İsrailin Suriyaya qarşı heç bir addım atmaq istəmədiyi də vurğulanıb.

Məlumata görə, sənədlər Əsəd rejiminin özünü İsrailə qarşı “müqavimət lideri” kimi təqdim etsə də, İsraillə gizli əməkdaşlıq edə biləcəyini nəzərdə tutur.

“Musa” kod adlı İsrail agentindən Suriya Milli Təhlükəsizlik İdarəsinə göndərilən “9 iyun 2022-ci il” tarixli sənəddə aşağıdakı ifadələr diqqət çəkir:

"Biz bilirik ki, son iki həftə ərzində İrandan 8 təyyarə Xomeymim hava limanına enib. Onların arasında "İran Air" şirkətinə məxsus 4 İran təyyarəsi və 4 İlyuşin 26 təyyarəsi var. İranın oxunu gücləndirmək səylərinin ardınca Suriyadakı 29-cu Briqadaya məxsus “İl 76” təyyarəsi ilə də silahların Qüds Gücü və “Hizbullah” qruplaşmalarına ötürüldüyünü bilirik. Onun Latakiyadan Qatifə bölgəsindəki anbarlara Hərbi Hava Qüvvələri və hərbi təhlükəsizlik qüvvələri tərəfindən göndərildiyini müşahidə etdik. Bu daşıma əməliyyatları sizinlə iranlılar arasında əməkdaşlıq və rusların məsuliyyəti altında olan Xmeymim hava limanından istifadə etməklə həyata keçirilir. Son həftələrdə biz açıq şəkildə gördük ki, 75-ci "Yer-hava" raket briqadasının elementləri yenidən “Hizbullah”a hava hücumundan müdafiə sahəsində yardım edir. Sizi xəbərdar edirik ki, bu əməkdaşlığı davam etdirməyimiz bizə qarşıdurmanı çatdırmaqdan başqa seçim qoymur”. 

11 may 2022-ci il tarixli sənəddə deyilir ki, son vaxtlar Qüds Günü ilə əlaqədar olaraq Fələstin ünsürlərinin sizin torpaqlarınızda fəaliyyətlərinin şahidi oluruq. Sizi bu ünsürlərin torpaqlarınızda hər hansı bir fəaliyyətlə məşğul ola bilməsi ehtimalına qarşı xəbərdar edirik. Biz Suriyada baş verənlərə görə bütün hazırlıqların dayandırılmasını tələb edirik. 

Sənəddə bildirilir ki, ehtiyat tədbiri olaraq xəbərdarlıq atəşi açılıb, lakin Suriya bu fenomeni aradan qaldırmaq üçün heç bir addım atmayıb: 

"Bu sözləri ciddi qəbul etməyinizi tövsiyə edirik. Unutmayın ki, növbəti hücumumuz bundan qat-qat şiddətli olacaq və bunun əvəzini ağır ödəyəcəksiniz”. 

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri