İsrail və HƏMAS arasında danışıqlar dondurula bilər KİV
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında girov danışıqları həftələrlə, hətta aylarla dondurula bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilir ki, İsrail kabinetinin üzvlərinə Beyrutda şiə Hizbullah hərəkatının hərbi lideri Fuad Şokr və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinin danışıqların dayandırılmasına gətirib çıxaracağı ilə bağlı proqnoz verilib.
Bundan əlavə, eyni proqnozda İranın öz ərazisindən İsrailə hücum edə biləcəyi bildirilib.
İyulun 31-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovların qaytarılması ilə bağlı danışıqların davam etdirilməsində maraqlıdır.

KİV: İsrail və HƏMAS arasında dolayısı danışıqlar nəticə verməyib
07 İyul 2025 13:43
KİV: İsrail HƏMAS la razılaşmaya hazırdır
07 İyul 2025 11:46
HƏMAS və İsrail danışıqlar keçirməyi planlaşdırır
24 İyun 2025 14:55
HƏMAS təsdiqlədi İsrail ilə danışıqlar...
14 Yanvar 2025 16:27
İsrail və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var KİV
18 Dekabr 2024 02:36

