Icma.az
close
up
RU
İsrail və HƏMAS münaqişədən yorulub: TəlƏviv üçün Qəzza münaqişəsinin bitməsinin vaxtıdır

İsrail və HƏMAS münaqişədən yorulub: TəlƏviv üçün Qəzza münaqişəsinin bitməsinin vaxtıdır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Qətər İsrail və HƏMAS nümayəndələrinə Qəzzada atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsinə dair sazişin yekun layihəsini təhvil verib. Bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, yanvarın 12-də axşam Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani MOSSAD rəhbəri David Barnea və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqlar aparıb. Gecə yarısından sonra məsləhətləşmələrdə irəliləyiş əldə edilib. 


Hərbi-siyasi eskpert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, artıq İsrail tərəfi və HƏMAS uzunmüddətli davam edən əməliyyatlardan yorulublar:


“Hər iki tərəf öz qüvvəsini və enerjisini sadəcə bir məsələ istiqamətində tükəndirmək istəmir. Təbii ki, İsrail və HƏMAS-ın bütün gücünü Qəzzada sərf etməsi məntiqsiz olardı. Çünki dünyada fərqli qlobal çağırışlar var və İsrail böyük məqsədlərdən çıxış edir. Buna görə də İsrailin yerinə yetirməli olduğu bir neçə məqsədləri var. Fikrimcə, İsrail üçün Qəzza münaqişəsinin bitməsinin və yeni hədəflərə fokuslanmasının vaxtı gəlib. Xüsusilə də Donald Trampın prezident səlahiyyətlərinin başlamasından sonra İsrailin İrana, Suriyaya, Livanda Hizbullaha  və Yaxın Şərqdəki mövqeylərinə çatması üçün yeni qapılar açılacaq. Artıq İsrail iki ilə yaxındır davam edən Qəzza münaqişəsini bitirməyə və Donald Tramp administrasiyası  ilə digər addımlarını koordinasiya etməyə səy göstərəcək. HƏMAS isə düşünür ki, İsraillə təkbaşına münaqişə aparmaq imkanları məhduddur. Buna görə də öz maraqlarından tamamilə imtina etməmək şərtiylə atəşkəs razılaşmasına ehtiyac duyur. Belə olan halda İsrailin başı digər problemlərə qarışacaq və Həmas yenidən özünün maraqları fərqli strategiyalar həyata keçirəcək. Amma təzadlı məqamlar kifayət qədər çoxdur. Məsələn, İsrail tərəfi HƏMAS-dan birbaşa tərksilah gözləyir. HƏMAS isə Fələstin dövlətinin tanınmasını və İsrailin Fələstinin işlərinə qarışmamasını tələb edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri