İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığı müzakirə edildi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
İsrail Prezidenti İshaq Hersoq və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə İ.Hersoq "X" sosial şəbəkəsində bildirib.
"İsrail və Qazaxıstan arasındakı dostluq onilliklərə dayanır. Mənim atam Xaim Hersoq ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan qısa müddət sonra, 1993-cü ildə Qazaxıstana səfər edən ilk İsrail prezidenti olub. Bugünkü görüş zamanı biz texnologiyalar, innovasiyalar, süni intellekt, kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi də daxil olmaqla bir sıra sahələrdə ikitərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsi yollarını müzakirə etdik", - o yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin aktual regional məsələlərə toxunub və sabitliyin və təhlükəsizliyin təmin edilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
"Qazaxıstanın İbrahim sazişlərinə qoşulmaq qərarı regional əməkdaşlığın möhkəmləndirilməsi, Yaxın Şərq və Asiyanın bütün xalqları üçün sülh, tolerantlıq və rifah gələcəyinin qurulması istiqamətində mühüm addımdır", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 27 Aprel 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















