İsrail və Suriya arasında toqquşma: Dəməşq bəyanat verdi
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin ölkə daxilinə endirdiyi ölümcül hava zərbələri Suriyanın suverenliyinin kobud şəkildə pozulması deməkdir.
Bakupost.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Beynəlxalq hüququ və Suriyanın suverenliyini açıq-aşkar pozaraq, İsrail qüvvələri ölkənin 5 məntəqəsinə hava zərbələri endirib. Bu əsassız eskalasiya Suriyada sabitliyi pozmaq üçün məqsədyönlü cəhddir”, - qurum bildirir.
Qeyd edilir ki, zərbələr Həma əyalətindəki hərbi hava limanının tamamilə dağıdılması ilə nəticələnib, onlarla mülki şəxs və hərbçi yaralanıb, 10 nəfər həlak olub.
Suriya nazirliyi zərbələrin ölkənin 14 illik müharibədən sonra yenidən qurulmağa çalışdığı bir vaxtda baş verdiyini vurğulayır və bunu “ölkə daxilində zorakılığı adiləşdirmək strategiyası” adlandırır.
İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, bir neçə silahlı şəxs gecə saatlarında Suriyanın cənubundakı Tasil şəhərində yerləşən İsrail əsgərlərinə atəş açıb. Nazirlik bildirir ki, İsrail hərbçiləri bundan sonra cavab atəşi açıb və bir neçə silahlı şəxsi yerdən və havadan məhv ediblər.
Xatırladaq ki, Tasil İsrail-Suriya sərhədi boyunca silahsızlaşdırılmış bufer zonasından kənarda yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Aprel 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















