İsrail və Suriya razılaşma əldə etməyə yaxındır
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İsrail və Suriya iki ölkə arasında deeskalasiya barədə razılaşma əldə etməyə yaxındırlar.
Redaktor.az "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası çərçivəsində ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barrak bildirib.
"Suriya və İsrail razılaşma üzərində danışıqlar aparırlar. Bu razılaşma Dəməşqin ümid etdiyi kimi İsrailin Suriyaya zərbələrinin dayandırılmasına və İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasına gətirib çıxaracaq. Bu, iki ölkənin müzakirə etdiyi təhlükəsizlik müqaviləsinə gedən ilk addım ola bilər", - o bildirib.
T.Barrakın sözlərinə görə, razılaşma çərçivəsində İsrail Suriyaya zərbələr endirməyi dayandırmağı, Suriya isə İsrail sərhədində ağır hərbi texnikanı yerləşdirməməyi öhdəsinə götürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 24 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















