İsrail XİN Kallasın Qəzza ilə bağlı şərhlərini rədd edib və HƏMAS a təzyiq göstərməyə çağırıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İsrail Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallasın Qəzza zolağındakı vəziyyətlə əlaqədar icma ilə yəhudi dövləti arasında assosiasiya sazişinə yenidən baxılması ilə bağlı bəyanatlarını tamamilə rədd edir və Aİ-ni radikal HƏMAS hərəkatına təzyiq göstərməyə çağırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.
"Kallasın İsraillə bağlı bəyanatına gəlincə, biz bu İsrailin üzləşdiyi mürəkkəb reallığın tam səhv başa düşülməsini əks etdirən bəyanatda götürülmüş istiqaməti tamamilə rədd edirik", - deyə məlumatda bildirilib.
XİN-dən qeyd olunub ki, müharibə HƏMAS hərəkatı tərəfindən İsrailə qarşı başlanılıb və onun davam etməsinə görə HƏMAS məsuliyyət daşıyır. Nazirlik, həmçinin Kallasın bəyanatının həm ABŞ-nin Qəzzaya humanitar yardımın HƏMAS-ın əlinə keçmədən çatdırılması təşəbbüsünü, həm də İsrailin Qəzzaya yardımın bərpasını asanlaşdırmaqla bağlı son qərarını görməzlikdən gəlməsini təəssüfə layiq adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 May 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















