İsrail XİN: Qəzzada hərbi əməliyyat bütün girovlar azad edildikdən sonra başa çata bilər
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Qəzza zolağında hərbi əməliyyat radikalların saxladıqları bütün girovları dərhal azad etməsindən, Qəzza demilitarizasiya olunduqdan, HƏMAS və “İslami cihad” radikal qruplaşmalarının silahlı birləşmələri zolaqdan çıxarıldıqdan sonra başa çata bilər.
APA xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında deyib.
"Müharibə sabah girovlarımızın azad edilməsi, Qəzzanın silahsızlaşdırılması, HƏMAS və “İslami cihad” silahlılarının zolaqdan çıxarılması ilə başa çata bilər. Diplomatik vasitələrlə məqsədlərimizə çatmaqdan şad olardıq. Amma bu mümkün olmasa, hərbi səylərimizi davam etdirməkdən başqa çarəmiz yoxdur", - nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Mart 2025 06:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















