İsrail xüsusi təyinatlıları Dəməşqin 10 km də əməliyyat keçirdi
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
İsrailin Hərbi Hava Qüvvələrinə məxsus üç helikopter iyulun 2-də səhər saatlarında Suriyanın Dəməşq şəhərinin 10 kilometrliyində yerləşən Yafur yaşayış məntəqəsində xüsusi təyinatlı desantı yerə endirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail xüsusi təyinatlıları bölgədə hərbi bazada "təmizləmə əməliyyatı" aparıblar. Təxminən beş saat davam edən əməliyyatdan sonra israilli hərbçilər helikopterlərlə ərazidən çıxarılıb.
Bundan əlavə, İsrail ordusunun zirehli patrulları səhər saatlarında Livan-Suriya sərhədi yaxınlığında, Dəməşqin qərbində yerləşən Rahle kəndində, eləcə də Deraa əyalətindəki Ayn-Dekər və Sayusun bölgələrində müşahidə olunub.
Yar-muk çayı yaxınlığında aparılan əməliyyat zamanı gizlənən silahlılar və silah anbarları aşkarlanıb. Saxlanılan şəxslər İsrail ərazisinə aparılıb.
Baxış sayı:53
Bu xəbər 04 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















